Sağlamlıq

Gündəlik qidalanmada əsas rol: Dənli Düyü niyə seçilir?

Elcan 29 aprel 2026 15 baxış Sağlamlıq
Gündəlik qidalanmada əsas rol: Dənli Düyü niyə seçilir?

Azərbaycanın cənub bölgəsinin məhsuldar torpaqlarında yetişən Astara mənşəli təbii Haşimi düyüsü artıq “Dənli Düyü” brendi ilə istehlakçılara təqdim olunur. İmanna şirkətinin tərkibində fəaliyyət göstərən bu brend, yerli kənd təsərrüfatı ənənələrini müasir yanaşmalarla birləşdirərək yüksək keyfiyyətli məhsul ortaya qoyur.

Dənli Düyü tam təbii şəraitdə, kimyəvi qatqılardan uzaq şəkildə yetişdirilir. Xüsusilə aromatik qoxusu, uzun dənəli quruluşu və bişdikdən sonra öz formasını qoruması ilə seçilən Haşimi düyüsü Azərbaycan mətbəxində plov və digər milli yeməklər üçün ideal seçim hesab olunur.

Eyni zamanda, təbii düyü sağlam qidalanmanın vacib komponentlərindən biridir. Denli Düyü orqanizm üçün faydalı olan karbohidrat mənbəyi olmaqla yanaşı, enerji verir və gün ərzində aktivliyi dəstəkləyir. Onun tərkibində B qrupu vitaminləri, xüsusilə B1 və B6 vitaminləri mövcuddur ki, bu da sinir sisteminin düzgün fəaliyyətinə və maddələr mübadiləsinə müsbət təsir göstərir. Bundan əlavə, düyü minerallarla zəngin olub həzm sisteminə yüngül təsiri ilə də seçilir.

Şirkət nümayəndələrinin sözlərinə görə, əsas məqsəd yerli məhsulu ön plana çıxarmaq və istehlakçılara həm sağlam, həm də etibarlı qida təqdim etməkdir. Bununla yanaşı, Denli Düyü brendi kənd təsərrüfatının inkişafına dəstək verərək regionda məşğulluğun artmasına da töhfə verir.

Qeyd edək ki, son illərdə yerli və təbii qida məhsullarına marağın artması fonunda Denli Düyü kimi brendlər bazarda xüsusi diqqət cəlb edir.