Gündəm

İspaniyada Qurani-Kərimə təhqirə görə 5 il həbs cəzası iddiası

Əsassız xəbər.

Elcan 5 may 2026 20 baxış Gündəm
İspaniyada Qurani-Kərimə təhqirə görə 5 il həbs cəzası iddiası

İspaniyanın Baş naziri Pedro Sançesin Fələstin dövlətini tanıması və İsrailin Qəzza siyasətini tənqid etməsi son dövrlərdə İslam dünyasında ona qarşı simpatiyanın yaranmasına səbəb olub.

Sosial mediada isə İspaniya Parlamentinin qəbul etdiyi yeni qərarla Hz. Məhəmmədə və Qurani-Kərimə təhqirin qadağan edildiyi iddia edilib.

Mart ayında Pedro Sançesin Qurani-Kərim tutduğu süni intellektlə hazırlanmış görüntü paylaşılaraq, onun İslam dininə və ya Hz. Məhəmmədə təhqir edən şəxslərin 5 il həbs cəzası ilə üzləşəcəyini dediyi iddia olunub.

Lakin bu iddialar həqiqəti əks etdirmir.

Pedro Sançesin Hz. Məhəmməd və ya Qurani-Kərimlə bağlı belə bir açıqlaması yoxdur.

Həmçinin, İspaniya Parlamentinin belə bir qanunu təsdiqlədiyinə dair heç bir rəsmi qeyd mövcud deyil. Bu iddia İspaniyanın rəsmi nəşri olan Boletín Oficial del Estado sənədlərində və ya parlamentin gündəliyində də yer almır.

İspaniyada mövcud qanunvericiliyə əsasən, Cinayət Məcəlləsinin 525-ci maddəsində “dini hisslərin təhqir edilməsi” anlayışı mövcuddur. Lakin bu maddə üzrə nəzərdə tutulan cəza həbs deyil, adətən cərimə şəklində tətbiq olunur.

Əksinə, İspaniya hökuməti ifadə azadlığını məhdudlaşdırdığı səbəbilə bu maddənin ləğvini müzakirə edir.

İspaniyada mövcud hüquqi müzakirələr yeni qadağalar tətbiq etməkdən daha çox ifadə azadlığına qoyulan məhdudiyyətlərin azaldılması istiqamətindədir.