Bakıda Gürcü Mətbəxinin Sevilən Ünvanı: Nani Georgian House
Bakıda fəaliyyət göstərən Nani Georgian House restoranı Gürcü mətbəxini sevənlərin ən çox üz tutduğu məkanlardan biri kimi tanınır. Uzun müddətdir fəaliyyət göstərən bu restoran özünəməxsus dadları və isti atmosferi ilə qonaqların rəğbətini qazanmağı bacarıb.
Restoranda Gürcüstanın ənənəvi yeməkləri – xaçapuri, xinkali və digər milli təamlar orijinal reseptlərlə hazırlanaraq təqdim olunur. Məkanın interyeri də Gürcü mədəniyyətinin elementlərini əks etdirərək qonaqlara sanki kiçik bir Gürcüstan atmosferi yaşadır.
Nani Georgian House yalnız yeməkləri ilə deyil, həm də yüksək xidmət səviyyəsi və rahat mühiti ilə seçilir. Ailəvi istirahət, dostlarla görüş və xüsusi günlərin qeyd olunması üçün uyğun məkanlardan biri hesab olunur.
Şirkət nümayəndələrinin sözlərinə görə, əsas məqsəd qonaqlara həm keyfiyyətli xidmət göstərmək, həm də Gürcü mətbəxinin zənginliyini ən doğru şəkildə təqdim etməkdir.
Qeyd edək ki, paytaxtda müxtəlif mətbəxlərə marağın artdığı bir dövrdə Nani Georgian House kimi məkanlar öz sabit keyfiyyəti ilə seçilməyə davam edir.